FitoClub bir Herba Flora brendi olub Azərbaycanda analoqu olmayan təbii məhsulların məkanıdır.
FitoClub mağazalar şəbəkəsi 2013-cü ildən fəaliyyətə başlayıb.
FitoClub markasının təsis edildiyi ilk gündən məqsədimiz tam təbii məhsulları əhaliyə çatdırmaq və insanların təbii məhsullara güvənini artırmaq olmuşdur. Bununla yanaşı orqanik, qatqısız arı məhsulları və ballarımız, orqanik bitki və çaylarımız, bitki tərkibli kosmetik məhsullarımız və digər qida əlavələrimiz ilə fərqimizi ortaya qoyduq.
Satışa təklif etdiyimiz ballar ən seçkin və orqanik olmasıyla bərabər dadı ilə də analoji məhsullardan fərqlənir.
İndiyə qədər bütün çalışmalarımız məhsullarımızı orqanik və təbii olaraq son istehlakçıya çatdırılmaq məqsədilə aparılmışdır. Gələcəkdəki hədəfimiz bu sektorda daha da güclənmək və müştərilərimizə hər zaman olduğu kimi keyfiyyətli xidmət göstərməkdir.