AFRODİTA ÇAYI

Çay bağırsaqların peristaltikasını artırır, yoğun bağırsağın boşalmasını sürətləndirir

MƏHSUL HAQQINDA

Tərkibi:
Səna yarpağı, yaşıl çay, məkkəgülü çiçəkləri, istiotlu nanə yarpağı.

Farmakoloji təsiri:
Çay bağırsaqların peristaltikasını artırır, yoğun bağırsağın boşalmasını sürətləndirir, sidik ifrazını artırır və orqanizmi şlaklardan təmizləyir. Çayın qəbulu zamanı iştaha pozulmur, piy toxumasının parçalanması, maddələr mübadiləsi və oksidləşmə prosesləri sürətlənir. Effekti artırmaq üçün çayın qəbulu ilə yanaşı pəhriz, aktiv həyat tərzi, idman və ya gimnastika ilə məşğul olmaq məsləhətdir.

İstifadəsinə göstəriş:
Müxtəlif etiologiyalı piylənmələrdə istifadə olunur.

İstifadə qaydası:
1-2 filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, soyudulur. Gündə 1-2 dəfə, hər dəfə 200 ml qəbul edilir. Qəbul müddəti 5 həftədir. Bir il ərzində 7-8 kurs keçmək olar. Hər kursdan sonra 1 həftə fasilə vermək məsləhətdir.

ƏLAVƏ MƏLUMAT
İstehsalçı

Herba Flora

ŞƏRHLƏR (0)

ŞƏRHLƏR

Hələ heç bir rəy yoxdur

AFRODİTA ÇAYI" haqqında ilk rəy yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir