BRONXOFORT – BƏLĞƏMGƏTİRİCİ ŞƏRBƏT
Şərbət yuxarı tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini artırır, bəlğəmin konsistensiyasını yumşaldır. Eyni zamanda bronx və traxeyadan bəlğəmin xaric olunmasını sürətləndirir.
Şərbət yuxarı tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini artırır, bəlğəmin konsistensiyasını yumşaldır. Eyni zamanda bronx və traxeyadan bəlğəmin xaric olunmasını sürətləndirir. Həmçinin iltihabı azaldır, zərərli mikroorqanizmlərin əmələ gəlməsinin qarşısını alır, öskürəyin aradan qalxmasına yardımçı olur və orqanizmin ümumi müqavimətini artırır.
Tərkibi (100 ml):
İri bağayarpağı (Plantago major) yarpağının duru ekstraktı– 9 ml; dərman gülxətmi (Althea officinalis) kökünün duru ekstraktı – 8 ml; adi qaraqınıq (Origanum vulgare) otunun duru ekstraktı – 8 ml; meşəlik əməköməci (Malva sylvestris) yarpağının duru ekstraktı – 7 ml; adi cirə (Anisum vulgare) meyvəsinin distillatı – 7 ml; sürünən kəklikotu (Thymus serpyllum) otunun distillatı – 7 ml.
Köməkçi maddələr: təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):
Kəskin və xroniki bronxit
Pnevmoniyaların kompleks müalicəsi
Traxeit
Kəskin respirator virus infeksiyalarının ağırlaşması
Müxtəlif mənşəli quru və yaş öskürəklər
Göyöskürək
Obstruktiv ağciyər xəstəliklərinin kompleks müalicəsi
İstifadə qaydası:
4-12 yaş: 1-2 desert qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl
12 yaşdan yuxarı, böyüklər: 2 xörək qaşığı (30 ml) gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıqda.
Saxlanılması: 250C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 2 il.
Buraxılış forması: Tünd rəngli şüşə flakon, 100 ml
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
İstehsalçı |
Herba Flora |
---|
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur