FEMİNİKA
Yumurtalıqların, uşaqlıq və uşaqlıq borularının iltihabını azaldır, ginekoloji disfunksiya səbəbindən baş verən ağrıları aradan qaldırır.
Feminika (hormonal balansı tənzimləmək üçün çay)
Tərkibi:
Aslanpəncəsi otu, boymadərən otu, qara zirə toxumu, gülümbahar çiçəyi, mayasarmaşığı qozası, istiotlu nanə yarpağı.
Farmakoloji təsiri:
Yumurtalıqların, uşaqlıq və uşaqlıq borularının iltihabını azaldır, ginekoloji disfunksiya səbəbindən baş verən ağrıları aradan qaldırır. Endokrin vəzlərin funksiyasını tənzimləyir, hormon sintezini, əsasən də progesteron ifrazını stimullaşdırır. Bununla menstrual tsikli tənzimləyir, mastopatiya zamanı şişin ölçülərini kiçildir və böyüməsinin qarşısını alır. Estradiol ifrazını artıraraq qadınlarda erkən menopauzanın qarşısını alır, istilikbasma, həyəcan, əsəbilik, ürəkdöyünmə kimi klimakterik əlamətləri azaldır. Qaraciyərin antitoksik funksiyasını aktivləşdirir, toksinləri neytrallaşdırır. Enterosorbent olduğu üçün intoksikasiya əlamətlərini aradan qaldırır. İmmun sistemi aktivləşdirir, orqanizmin bakteriya və göbələklərə qarşı müqavimətini artırır.
İstehsalçı |
Herba Flora |
---|
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur