Alınması:
ardıc meyvələrinin günəbaxan yağında çıxarışı.
Tərkibi:
alfa və beta-pinen, alfa-tuyen, kamfen, sabinen, mirsen, fellandren, terpinen, simen, limonen, terpinolen, alfa-terpineol, bornilasetat, alfa-humulen, kadinen, qermakren, kadinol.
Məhsulun xüsusiyyətləri:
Tonuslandırıcı, ümumi möhkəmləndirici, antibakterial, bəlğəmgətirici, iltihab əleyhinə, spazmolitik, antitoksik, ödem əleyhinə, sidikqovucu, ödqovucu, tərqovucu, yerli qıcıqlandırıcı, insektisid təsir edir. Qan və limfa axınını yaxşılaşdırır, toxuma və orqanizmdən artıq mayenin, toksinlərin xaric olmasını asanlaşdırır. Orqanizmdən sidik turşusunun çıxmasını rahatlaşdıraraq böyrəklərdə daş əmələgəlmənin qarşısını alır. Qığırdaq toxumasının elastikliyini artırır, hərəkət zamanı oynaqlarda ağrı və gərginliyi azaldır. Sidik-ifrazat sisteminə iltihab əleyhinə təsir göstərir. Kişi və qadınlarda reproduktiv fəaliyyəti yaxşılaşdırır. Cinsi aktivliyi artırır. Damar divarlarının elastikliyini artırır, qan təzyiqini normallaşdırır. Babasil zamanı ağrını, iltihabı və qanaxmanı aradan qaldırır. Dərini elastik edir, dəri məsamələrini təmizləyir. Dəri hüceyrələrində iltihabı aradan qaldırır, regenerasiyanı sürətləndirir, çapıq və atipik toxumanın böyüməsinin qarşısını alır.
Artritlər, artrozlar, osteoxondroz, revmatizm, podaqra, əzələ dartılmaları və gərilmələri zamanı daxilə qəbul edilir və ağrılı nahiyəyə çəkmək üçün istifadə olunur. Həmçinin ürək və böyrək mənşəli ödemlər, xroniki bronxit, ağciyər vərəmi, KRX, qrip, şəkərli diabet, ateroskleroz, cinsi zəiflik, sidik yolları infeksiyaları, sidik daşı xəstəliyi, xolesistit, dermatozlar, psoriaz, ekzema və babasil zamanı tətbiq edilir.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur