Tərkibi:
Yağ turşuları, fosfolipidlər, fitosterin, karotinoidlər, A, E, C, B qrupu, K, P vitaminləri, Mg, Fe, Zn, Se.
Farmakoloji təsiri:
Helmintozların, xüsusən də lentşəkilli qurdların və profilaktikasında istifadə olunur, qurdları iflic edərək bağırsaqlardan eradikasiya edir, yenidən yoluxmanın qarşısını alır. Hepatoprotektor və antioksidant təsir edərək qaraciyər və öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, qaraciyərin strukturunu bərpa edir, piy distrofiyasının və iltihabi proseslərin inkişafının qarşısını alır, öd hasilatını artırır, ödün biokimyəvi tərkibini normallaşdırır. Epitel toxumasının strukturuna bilavasitə təsir edərək onların regenerasiyasını, differensiasiyasını və fizioloji funksiyasını bərpa edir, eroziv proseslərin sağalmasını sürətləndirir. Trofiki pozulma zamanı mikrosirkulyasiyanı artırır, mübadilə proseslərini normallaşdırır. Tərkibində olan fitosterin və karotinoidlər prostat vəzin iltihabını aradan qaldırır, E vitamini və Zn erektil funksiyanı və spermatogenezi tənzimləyir.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur