FİTOOİL QARA ZİRƏ YAĞI

Antibakterial, göbələk və virus əleyhinə təsirlərə malikdir.

Kateqoriya: Tags: , , ,
MƏHSUL HAQQINDA

Tərkibi:

Efir yağları, essensial yağ turşuları, fitosterinlər, amin turşuları, qlikolipidlər və fosfolipidlər, tanin, melantin, nigellisin, minerallar (Fe, Na, Cu, Zn, P və Ca).

Farmakoloji təsiri:

Qara zirə ağrıkəsici, antibakterial, göbələk və virus əleyhinə təsirlərə malikdir. Qan dövranını yaxşılaşdırır, iltihab əleyhinə təsir edir və trofik yaraların sağalmasını sürətləndirir. İmmun sistemi möhkəmləndirir, arterial təzyiqi salır, qaraciyərqoruyucu, antioksidant xüsusiyyətlərə malikdir. Maddələr mübadiləsini aktivləşdirir, qanda şəkərin miqdarını azaldır, hüceyrələrin insulinə həssaslığını artırır, şiş hüceyrələrinin əmələ gəlməsini və böyüməsini ləngidir. Antiallergik təsir göstərir, bronxları genişləndirir, qanyaranmanı sürətləndirir. Bağırsaq mikroflorasını tənzimləyir, həzm fermentlərinin aktivliyini artırır. Əsəbləri sakitləşdirir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Orqanizmin hormonal balansını tənzimləyir, cinsi qabiliyyəti artırır.

Əks göstərişlər:

İmmunosupressiv preparatların təsir effektini azaltdığı üçün sonuncularla birlikdə qəbulu məsləhət görülmür. Həmçinin hamiləlik və laktasiya müddətində qəbulu məsləhət deyil. Mədə xəstəliklərində yeməkdən sonra qəbul olunur.

ŞƏRHLƏR (0)

ŞƏRHLƏR

Hələ heç bir rəy yoxdur

FİTOOİL QARA ZİRƏ YAĞI" haqqında ilk rəy yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir