Tərkibi:
Triqliseridlər, sabunlaşmayan piylər, stearin, linol, olein turşuları, karisterollar, terpen spirtləri, təbii lateks, tokoferol (vitamin E), retinol (vitamin A)
Təsiri:
Şi (karite) yağı dərini qidalandırır və dərindən nəmləndirir, epidermis hüceyrələrinin baryer funksiyasını aktivləşdirir, dərini xarici mühitin zərərli amillərindən qoruyur. Karisterollar sayəsində dəridə kollagen sintezini stimulə edir, iltihab əlamətlərini azaldır və regenerativ prosesləri sürətləndirir. Dərinin elastikliyini bərpa edir, kiçik qırışları hamarlaşdırır və yenilərinin yaranmasının qarşısını alır. Quru, zədəli, solğun və yorğun dərinin rəngini yaxşılaşdırır, strukturunu bərpa edir, dəridə qabıqlanmanı və kəpəyi azaldır. Saçları yumşaldır, mikrostrukturunu bərpa edir və uzanmasını sürətləndirir.
İstifadəsi:
Gün ərzində 1-2 dəfə dəriyə çəkilir. Saçlar yuyulduqdan əvvəl və ya sonra uclarına çəkilir. Saç və dəri maskalarının, skrabların, kremlərin zənginləşdirilməsi üçün istifadə oluna bilər.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur