FİTOOİL ZEYTUN YAĞI

Qanda xolesterol səviyyəsini aşağı salır, ürək-damar, şəkərli diabetin, piylənmənin inkişaf riskini azaldır

Kateqoriya: Tags: , , , , ,
MƏHSUL HAQQINDA

Tərkibi:
Monodoymamış yağ turşuları – 70% Omeqa-9, 10% Omeqa-6, 1% Omeqa-3, palmitin turşusu, polifenollar, skvalen, sterollar, tokoferollar, E və K vitaminləri, az miqdarda Fe, Ni və Cr.

Rafinə olunmamış zeytun yağının (Virgin olive oil) üstünlükləri: Rafinə prosesində zeytun yağı tərkibində olan doymamış yağ turşularının, vitaminlərin və digər faydalı maddələrin 90-95%-ni itirir. Rafinə olunmuş zeytun yağının yararlılıq müddəti daha uzun olsa da, orqanizm üçün çox az faydalı xüsusiyyəti var. Rafinə olunmuş yağdan fərqli olaraq rafinə olunmamış zeytun yağı orqanizm tərəfindən tam mənimsənilir.

Farmakoloji təsiri:
Zeytun yağı qanda xolesterol səviyyəsini aşağı salır, ürək-damar, şəkərli diabetin, piylənmənin inkişaf riskini azaldır, immun sistemi gücləndirir, xərçəngəleyhinə təsir göstərir.

Ödqovucu təsiri sayəsində qaraciyərdaxili öd yollarında və öd kisəsində durğunluğu aradan qaldırır, qida maddələrinin həzmini normallaşdırır, qəbizliyin qarşısını alır. Yağ və karbohidrat mübadilələrini sürətləndirir, bədən çəkisinin normallaşmasına kömək edir. Bətndaxili inkişaf dövründə rüşeymin sinir sisteminin düzgün formalaşmasını təmin edir. Uşaq yaşlarında və yaşlı insanlarda sinir sistemi xəstəliklərinin yaranma riskini azaldır. E vitamini hesabına antioksidant təsir göstərir, hüceyrələrin erkən qocalmasının qarşısını alır, saç və dırnaqları möhkəmləndirir. Dəridən asanlıqla sorulur, dəri məsamələrini tıxamadan onu nəmləndirir. Dəri çatları və sellülitin yaranmasının qarşısını alır. Dərinin günəş şüalarının UB spektrindən qoruyur. Digər yağlardan fərqli olaraq allergik reaksiyalara səbəb olmur.

ƏLAVƏ MƏLUMAT
Çəki

100ml

İstehsalçı

Herba Flora

ŞƏRHLƏR (0)

ŞƏRHLƏR

Hələ heç bir rəy yoxdur

FİTOOİL ZEYTUN YAĞI" haqqında ilk rəy yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir