FİTOTON AĞ GİL

Ağ gil təmizləyici, ağardıcı, parladıcı xüsusiyyətinə görə kosmetologiya sahəsində kosmetik maskaların hazırlanması üçün istifadə olunur.

MƏHSUL HAQQINDA

Ağ gil təmizləyici, ağardıcı, parladıcı xüsusiyyətinə görə kosmetologiya sahəsində kosmetik maskaların hazırlanması üçün istifadə olunur. Ağ gil, əsasən, həssas dərilərdə istifadə olunur. Belə ki, dəriyə antiseptik təsir göstərir, mikrobların yayılmasının qarşısını alır, çirki və ölmüş hüceyrələri özünə hopduraraq epidermisi təmizləyir, sızanaq və səpgiləri aradan qaldırır. Dəri hüceyrələrini minerallarla təmin edir, mübadilə proseslərini stimulə edərək regenerasiyanı sürətləndirir. Dərinin müdafiə xüsusiyyətlərini gücləndirərək onu xarici mühitin zərərli faktorlarından qoruyur.

Reseptlər:

Civzə (akne) əleyhinə maska №1: aptek çobanyastığı dəmləməsi hazırlanır və ona 1:1 nisbətində gil əlavə edilir (saxsı və ya şüşə qabda). Alınmış maska nazik təbəqə şəklində təmiz üzə çəkilir. 3 dəqiqə ərzində masaj xətləri ilə çənədən gicgaha tərəf masaj edilir. 15 dəqiqə saxlandıqdan sonra maska əvvəl nəm pambıq ilə silinir, üz ilıq su ilə yuyulur.

Sızanaq əleyhinə maska №2: üzə gilin qatı məhlulu 1 sm qalınlığında çəkilir. Tənzif 2-3 qat qatlanaraq üzərinə qoyulur, 1 saat saxlanılır. Maska nəm pambıq ilə silinir, əvvəl isti, sonra isə soyuq su ilə yuyulur.

Təravətləndirici və təmizləyici maska: 1 çay qaşığı ağ gil, 2 çay qaşığı kəsmik və 1 çay qaşığı portağal şirəsi qarışdırılır. Alınmış maska təmiz üzə çəkilir, 20 dəqiqə saxlandıqdan sonra maska nəm pambıq ilə silinir və üz ilıq su ilə yuyulur.

Qırış əleyhinə maska: şüşə kasada 2 çay qaşığı aptek çobanyastığı, adaçayı, lavanda və cökə çiçəyi qarışığının üzərinə 100 ml (yarım stəkan) qaynar su əlavə edilərək 10 dəqiqə dəmlənir və süzülür. Daha sonra üzərinə ağ gil əlavə edilərək xama qatılığında kütlə alınana kimi qarışdırılır. Alınmış kütlə üzə çəkilir. 15-20 dəqiqə saxlandıqdan sonra maska nəm pambıq ilə silinir və üz ilıq su ilə yuyulur.

Yağlı dəri üçün ağardıcı maska: 1 yumurta ağı ½ çay qaşığı duz ilə birgə qarışdırılır və üzərinə 2 çay qaşığı ağ gil əlavə edilir. Alınmış maska üzə çəkilir. 10 dəqiqə saxlandıqdan sonra maska nəm pambıq ilə silinir və üz ilıq su ilə yuyulur.

Dəri məsamələrini daraldıcı və qidalandırıcı maska: 1 xörək qaşığı gil limon şirəsi ilə xama qatılığına qədər qarışdırılır, üzərinə bir yumurta ağı əlavə edilir. Alınmış maska üzə çəkilir. Üzdə 15-20 dəqiqə saxlandıqdan sonra maska nəm pambıq ilə silinir və üz ilıq su ilə yuyulur.

Yorğunluq əleyhinə vanna: 100-200 qram ağ gil sıyıq qatılığı alınana qədər isti su ilə həll edilir. Alınmış gil sıyığı vannaya əlavə olunur. Gil vannasından istifadəetmə müddəti 20-30 dəqiqə olmalıdır.

Əl üçün gil vannası: ilıq suya 1 xörək qaşığı gil qarışdırılır və əllər məhlula biləyə qədər salınır. 10-20 dəqiqə saxlandıqdan sonra əllər ilıq su ilə durulanır və krem çəkilir. Daha yaxşı nəticə almaq üçün suya 1 ovuc dəniz duzu və ya xardal əlavə etmək olar.

Yağlı saçlar üçün: maska saç diblərində piy vəzilərinin aktivliyini azaltmaq üçün tətbiq olunur. 2 diş sarımsaq əzilərək suyuna 1 xörək qaşığı limon suyu (limon suyu sarımsağın iyini götürəcək və piy vəzilərinin axacaqlarını büzəcəkdir), 2 xörək qaşığı ağ gil və qatı xama şəklində kütlə alınana qədər isti su əlavə olunur. Alınan maska saç diblərinə çəkilib 30 dəqiqə saxlandıqdan sonra ilıq su ilə yuyulur.

ƏLAVƏ MƏLUMAT
Çəki

150qr

İstehsalçı

Herba Flora

ŞƏRHLƏR (0)

ŞƏRHLƏR

Hələ heç bir rəy yoxdur

FİTOTON AĞ GİL" haqqında ilk rəy yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir