FİTOTON MAVİ GİL

Dərini yumşaldır, tonuslandırır, sızanaq və səpgiləri aradan qaldırır

MƏHSUL HAQQINDA

Mavi gil dərini yumşaldır, tonuslandırır, sızanaq və səpgiləri aradan qaldırır, ağardır, qırışları hamarlaşdırır, antisellülit, antibakterial təsir göstərir. Mavi gildən hazırlanmış kosmetik maska problemli nahiyəyə çəkildikdə mimiki qırışların açılmasına, səpgi və piqment ləkələrin solmasına kömək edir, eləcə də cavanlaşdırıcı effekt verir, dərini möhkəm və elastik edir. Mavi gil həm quru, həm də yağlı dərilərdə istifadə oluna bilər. Mavi gil mütəmadi istifadə üçün nəzərdə tutulmuş, sızanaqlardan xilas olmaq və üz dərisinin rəngini yaxşılaşdırmaq üçün effektiv kosmetik vasitədir.

Reseptlər:

Sızanaqlar üçün maska: 2 xörək qaşığı mavi gil xama şəklində kütlə alınana kimi mineral su və ya çay dəmləməsi ilə qarışdırılır. Alınan kütləyə 1 çay qaşığı limon şirəsi əlavə edilir. Maska qalın təbəqə şəklində gözətrafı nahiyə xaric olmaqla üzə çəkilir. Üzdə 15 dəqiqə qaldıqdan sonra maska nəm pambıq ilə silinir, sonra ilıq su ilə yuyulur.

Normal dəri üçün təmizləyici maska: 20-25 qr gil tozu süd ilə xamayabənzər kütlə alınana kimi qarışdırılır. (Bu tərkib saxsı və ya şüşə qabda hazırlanmalı və taxta qaşıq ilə qarışdırılmalıdır). Sonra alınmış maska nazik təbəqə şəklində fırça və ya pambıq ilə üzə çəkilir. Maska üzdə 15-30 dəqiqə qaldıqdan sonra nəm pambıq ilə silinib ilıq su ilə yuyulur və qidalandırıcı krem çəkilir. Südü, həmçinin yaşıl çay ilə də əvəz etmək olar. Həssas dərilərdə maskanın üzdəqalma müddətini azaltmaq olar.

Ağardıcı maska: yulaf kəpəyi 1/2 çay qaşığı bal ilə qarışdırılıb üzərinə mavi gil və 4 damcı limon şirəsi əlavə edilir. Alınmış kütlə su hamamında dəmlənilir. Maska isti şəkildə üzə çəkilir, dəsmal ilə örtülür, 15 dəqiqə saxlanıb daha sonra nəm pambıq ilə silinir və ilıq su ilə yuyulur.

Qidalandırıcı maska: yumşaq pomidor doğranır və üzərinə püre şəklində kütlə alınana qədər mavi gil əlavə olunur. Maska üzə çəkilir, 20 dəqiqə saxlandıqdan sonra nəm pambıq ilə silinir və ilıq su ilə yuyulur.

ƏLAVƏ MƏLUMAT
Çəki

150qr

İstehsalçı

Herba Flora

ŞƏRHLƏR (0)

ŞƏRHLƏR

Hələ heç bir rəy yoxdur

FİTOTON MAVİ GİL" haqqında ilk rəy yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir