İMMUN10 KAPSUL
İmmun sistemi aktivləşdirir, bakteriya, virus və göbələklərə qarşı mübarizə aparmağa yardım edir
Bir kapsulun tərkibi:
Qırmızı Exinaseya (Echinacea purpurea) otunun quru ekstraktı – 40 mq; Şirin Biyan (Glycyrrhiza glabra) kök və kökümsovunun quru ekstraktı – 40 mq; İt İtburnu (Rosa canina) meyvəsinin quru ekstraktı – 40 mq; Tikanlı Eleuterokokk (Eleutherococcus senticosus) kökümsovunun quru ekstraktı – 40 mq
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 240 mq; kapsul örtüyü (jelatin/gelatin, qliserin/glycerine, su/water).
Məhsulun xüsusiyyətləri:
İmmun sistemi aktivləşdirir, bakteriya, virus və göbələklərə qarşı mübarizə aparmağa yardım edir, iltihabi əlamətləri azaldır. Orqanizmdə endogen interferonun sintezini, qanda leykositlərin miqdarını və onların faqositar qabiliyyətini artırır. Sərbəst radikalları neytrallaşdıraraq qan və limfadan xaric edir, nəticədə hüceyrələrin qocalmasının (anti-aging effekt) və şiş hüceyrələrinin inkişafının qarşısını alır. Qızdırmanı və ağrını yüngülləşdirir. İştahanı yaxşılaşdırır, tərkibində yüksək miqdarda C vitamini (limondan 100 dəfə çox) hesabına orqanizmin infeksiyalara və ətraf mühitin zərərli təsirlərinə qarşı müdafiə qabiliyyətini yüksəldir. Tərkibindəki dəmir duzları və B qrupu vitaminləri hesabına qanyaranmanı sürətləndirir, zehni və fiziki fəaliyyəti gücləndirir.
Çəki |
N60 |
---|---|
İstehsalçı |
Herba Flora |
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur