Tərkibi (100 ml):
Adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 5,29 ml;
Köməkçi maddələr:
Adi ərik (Prunus armeniаca) meyvəsinin şirəsi – 4,6 ml; Adi gavalı (Prunus domestica) meyvəsinin şirəsi – 4,6 ml; Adi əncir (Ficus carica) meyvəsinin şirəsi – 4,6 ml, təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
Məhsulun xüsusiyyətləri:
Şərbət spazm və sancı törətmədən bağırsaqlarda qida kütlələrinin ləngiməsinin qarşısını alır və bağırsaqların təbii boşalmasını təmin edir. Bağırsaq möhtəviyyatını yumşaldır, qəbizliyin aradan qalxmasına yardımçı olur, bağırsaqların selikli qişasının üzərini örtür, toksiki maddələrin qana sorulmasının qarşısını alır. Bağırsaqlardan suyun sorulmasını ləngidir, bağırsaq divarında olan reseptorları qıcıqlandıraraq peristaltikanı artırır və bağırsaqların boşalmasını təmin edir. Həzm vəzilərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır və bağırsaqların normal funksiyasını bərpa edir. Bağırsaqlarda olan spazmı və sancını azaldır, bağırsaqların evakuasiyasını sürətləndirir.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur