PROLAKS

Bağırsaqların selikli qişasının üzərini örtür, toksiki maddələrin qana sorulmasının qarşısını alır.

MƏHSUL HAQQINDA

Tərkibi (100 ml):

Şişyarpaq səna (Cassia acutifolia) yarpağının duru ekstraktı – 13,8 ml; İşlədici murdarça (Rhamnus cathartica) qabığının duru ekstraktı – 10,12 ml; Adi zəyərək (Linum usitatissimum) toxumunun duru ekstraktı – 6,9 ml; Adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 5,06 ml; Adi boymadərən (Achillea millefolium) otunun duru ekstraktı – 5,06 ml; İri Bağayarpağı (Plantago major) toxumunun duru ekstraktı – 5,06 ml.

Köməkçi maddələr:

təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

Məhsulun xüsusiyyətləri:

Bağayarpağı və zəyərək toxumları selikli maddələrlə zəngin olduğundan bağırsaq möhtəviyyatını yumşaldır, qəbizliyin qarşısını alır, bağırsaqların selikli qişasının üzərini örtür, toksiki maddələrin qana sorulmasının qarşısını alır. Səna yarpağı və murdarça qabığı antraqlikozidlərlə zəngin olduğundan bağırsaqlardan suyun sorulmasını ləngidir, bağırsaq divarında olan reseptorları qıcıqlandıraraq peristaltikanı artırır və bağırsaqların boşalmasını təmin edir. Boymadərən otu həzm vəzilərinin sekresiyasını artırır, həzmi yaxşılaşdırır və bağırsaqların normal funksiyasını bərpa edir. Razyana toxumları efir yağları sayəsində bağırsaqlarda olan spazmı və sancını azaldır.

ƏLAVƏ MƏLUMAT
İstehsalçı

Herba Flora

ŞƏRHLƏR (0)

ŞƏRHLƏR

Hələ heç bir rəy yoxdur

PROLAKS" haqqında ilk rəy yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir