Tərkibi (100 ml):
Şirin biyan (Glycyrrhiza glabra) kök və kökümsovunun duru ekstraktı – 1,45 ml; adi kəklikotu (Thymus vulgaris) otunun duru ekstraktı – 1,13 ml; sütül (yaşıl) qoz (Juglans regia) meyvəsinin duru ekstraktı – 0,8 ml; adi dazıotu (Hypericum perforatum) otunun duru ekstraktı – 0,8 ml; kürəşəkilli evkalipt (Eucalyptus globulus) yarpağının duru ekstraktı – 0,7 ml.
Köməkçi maddələr:
qara qarağat (Ribes nigrum) meyvəsinin şirəsi – 21,3 ml; göyümtül böyürtkən (Rubus caesius) meyvəsinin şirəsi – 18,6 ml; adi çuğundur (Beta vulgaris) meyvəkökünün şirəsi – 1,63 ml; təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
Məhsulun xüsusiyyətləri:
İmmun sistemi möhkəmləndirir, qanyaranmanı sürətləndirir, qanazlığının qarşısını alır, orqanizmin vitamin və minerallara qarşı təlabatını ödəyir, qan dövranını normallaşdırır, həzmi və maddələr mübadiləsini yaxşılaşdırır, soyuqdəymə əleyhinə təsir göstərir.
İstifadəsinə göstəriş:
Hipo- və avitaminozlarda, anemiyanın profilaktikasında, uzunsürən xəstəliklər zamanı vitamin və mineral çatışmazlığının korreksiyasında, natamam qidalanma, məktəbyaşlı uşaqlarda psixoemosional və fiziki yüklənmə, boy və inkişafdan geriqalma, qidaya dietik vitaminli əlavə kimi, antibiotikoterapiyanın effektivliyinin artırılması və əlavə təsirlərinin azaldılması üçün istifadə olunur.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur