Tərkibi:
Nanə cövhəri – 16 ml
Gülümbahar cövhəri – 10 ml
Adaçayı cövhəri – 12 ml
Qliserin – 10 ml
Təmizlənmiş su – 52 ml
Gülümbahar çiçəyi
Karotinoidlər
Acı maddə-kalenden
Qlikozidlər-kalendulozid
Fitonsidlər
Gülümbahar cövhəri ağız boşluğunun selikli qişasında iltihabi proses əmələ gətirən patogen mikroorqanizmlərə bakterisid, dezinfeksiyaedici təsir göstərir. İltihabın sorulmasını və regenerasiyanı sürətləndirir. Diş daşlarının təmizləndikdən sonra əmələ gəlməsinin qarşısını alır.
Adaçayı yarpağı (Sürvə)
Efir yağı – sineol
Flavanoidlər
Alkaloidlər
Üzvi turşular
P və PP vitaminləri
Aşı maddələri
Bitki antibiotiki – salvin
Adaçayı cövhəri antiseptik və iltihabəleyhinə təsir göstərir. Iltihab əleyhinə təsir aşı maddələrlə, antiseptik təsir isə efir yağı sineol və salvinlə əlaqədardır. Salvin hətta qızılı stafilokoklara bakteriostatik təsir edir.
İstiotlu nanə yarpağı
Efir yağları – mentol, menton, puleqon
İzovalerian və sirkə turşusu ilə mentol spirtinin mürəkkəb efiri
Antiseptik və ağrıkəsici təsir göstərir. Ağız boşluğunun selikli qişasının nın kapilyar qan dövranını yaxşılaşdırır. Regenerasiyanı və eroziyaların sağalmasını sürətləndirir. Mentol çox güclü antiseptik kimi ağız boşluğunda olan bütün növ patogen mikrofloraya təsir edir. Spazmolitik və sakitləşdirici təsir göstərir. Efir yağları ağızdan xoşagəlməz qoxunun gəlməsinin qarşısını alır.
Qliserin – suda və spirtdə yaxşı həll olan bioloji qida əlavəsidir. Yumşaldıcı təsiri olduğuna görə diş daşlarını və ərplərini yumşaldıb tədricən parçalanmasına kömək edir.
Farmokoloji təsiri:
Stomanginol antiseptik, iltihab əleyhinə, ağrıkəsici, yarasağaldıcı ağız boşluğu və boğaz üçün təmizləyici təsirə malikdir.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur