TEASTOMİN ÇAYI

Mədənin selikli qişasına bürüyücü, antasid, xora əleyhinə, antiseptik, spazmolitik və iltihab əleyhinə təsir göstərir.

MƏHSUL HAQQINDA

Tərkibi:
Cökə çiçəyi, zəyərək toxumu, biyan kökü, istiotlu nanə yarpağı, razyana meyvəsi, kəcəvər kökü.

Kimyəvi tərkibi:
Cökə çiçəyinin tərkibində saponinlər, flavonoidlər, efir yağları, karotin və C vitamini vardır. Zəyərək toxumunun tərkibundə 30-48% yağ turşuları, 1,5% linamarin qlikozidi, selik, zülali maddələr, vitamin C və s. vardır. Biyan kökünün tərkibində qlisirrizin, efir yağları, C vitamini və s. vardır. İstiotlu nanə yarpağının tərkibində efir yağları, üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. vardır. Razyana meyvəsinin tərkibində 6,5%-ə qədər efir yağları, 18%-ə qədər yağ turşuları və s. vardır. Kəcəvər kökünün tərkibində 25-40%-ə qədər nişasta, akorin qlikozidi, selik, aşı maddələri və s. maddələr vardır.

Farmakoloji təsiri:
Mədənin selikli qişasına bürüyücü, antasid, xora əleyhinə, antiseptik, spazmolitik və iltihab əleyhinə təsir göstərir. Mikrosirkulyasiya və regenerasiyanı sürətləndirir, iştahanı və həzmi yaxşılaşdırır, köpü və qəbizliyi aradan qaldırır.

İstifadə qaydası:
İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

ƏLAVƏ MƏLUMAT
Çəki

əd

İstehsalçı

Herba Flora

ŞƏRHLƏR (0)

ŞƏRHLƏR

Hələ heç bir rəy yoxdur

TEASTOMİN ÇAYI" haqqında ilk rəy yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir