MƏHSUL HAQQINDA

Tərkibi:
Solmazçiçəyi çiçəyi, boymadərən otu, keşniş toxumu, istiotlu nanə yarpağı.

Kimyəvi tərkibi:
Solmazçiçəyi çiçəyinin tərkibində flavonoid qlikozidlər, flavonoidlər, aşı maddələri, efir yağları, K və C vitaminləri və s. vardır. Boymadərən otunun tərkibində axillein alkaloidi, aşı maddələri, qətran, efir yağları, karotin və s. vardır. Keşniş toxumunun tərkibində 2%-dən çox efir yağı, rutin, C vitamini, karotin, zülali maddələr, mikroelementlər və s. vardır. İstiotlu nanə yarpağının tərkibində izovalerian və sirkə turşusunun mentol ilə efirləri, üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. maddələr vardır.

Farmakoloji təsiri:
Xolelitik, xolekinetik, xolesekretik təsir göstərir. Ödün tərkibində öd turşularının konsentrasiyasını azaldır, xolatların və bilirubinin miqdarını artırır. Öd kisəsi və öd yollarına antiseptik, iltihab əleyhinə və spazmolitik təsir göstərir, ödün öd kisəsinə və onikibarmaq bağırsağa tökülməsini asanlaşdırır. Mədəaltı vəzin sekresiyasını stimulyasiya edir, həzmi yaxşılaşdırır, qəbizliyi və köpü aradan qaldırır.

İstifadə qaydası:

1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

ƏLAVƏ MƏLUMAT
Çəki

əd

İstehsalçı

Herba Flora

ŞƏRHLƏR (0)

ŞƏRHLƏR

Hələ heç bir rəy yoxdur

TEAXOLİN ÇAYI" haqqında ilk rəy yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir