Tərkibi:
Toxumsuz lobya qını, qaragilə yarpaqları, boymadərən otu, göyəm çiçəkləri, çöl qatırquyruğu otu, dazıotu otu.
Kimyəvi tərkibi:
Toxumsuz lobya qınının tərkibində betain, triptofan, tirozin, leysin, lizin, xolin, asparaqin aminturşuları, hemisellüloza vardır. Qaragilə yarpaqlarının tərkibində aşı maddələri, flavonoidlər, triterpen turşuları, arbutin qlikozidi, C vitamini, karotinoidlər vardır. Boymadərən otunun tərkibində axillein alkaloidi, xamazulen, aşı maddələri, qətran, aminturşular, karotin, K və C vitaminləri, acı maddələr vardır. Göyəm çiçəklərinin tərkibində kempferol, kempferin sianogen qlikozidləri vardır. Çöl qatırquyruğu otunun tərkibində C vitamini, karotin, flavonoidlər, sitosterol və s. vardır. Dazıotu otunun tərkibində aşı maddələri, hiperin, hiperisin, hiperozid və s. maddələr vardır.
Farmakoloji təsiri:
Litolitik, spazmolitik, diuretik, uroseptik, iltihab əleyhinə təsir göstərir. Maddələr mübadiləsini tənzimləyir, sidiyin pH-nı qələvi istiqamətdə dəyişir, urat daşlarını demineralizasiya edərək, onları əridir. Sidikdə müdafiə kolloidlərini bərpa edir və mineral komponentlərin duzlar şəklində çökməsinin qarşısını alır. Böyrək ləyəni və sidik yolları əzələlərinin tonusunu azaldır, peristaltik yığılmalarını artıraraq kiçik ölçülü daşların və urat duzlarının xaric olmasını təmin edir.
İstifadəsinə göstəriş:
Böyrəklərdə, sidik axarları, sidik kisəsində urat duzları və urat daşları olduqda, sidikturşulu diatezlərdə tətbiq edilir.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur