Tərkibi:
Karotinoidlər, E, D, K və B qrupu vitaminləri, makro- və mikroelementlər (Se, Zn, Fe, K, Ca), flavoliqnanlar (silibin, silidianin, silimarin).
Farmakoloji təsiri:
Güclü hepatoprotektor təsirə malik olan flavoliqnanlar qaraciyərin funksional vəziyyətinə müsbət təsir göstərir, hepatositlərin membranını möhkəmləndirir, alkoqol və toksiki maddələrin təsirindən zədələnmiş hepatositlərin regenerasiyasını sürətləndirir, qaraciyərdə iltihabi proseslərin qarşısını alır, öd hasilatını artırır, qaraciyərin detoksikasion funksiyasını stimulyasiya edir. Omeqa-6 və omeqa-9 turşuları pozulmuş lipid mübadiləsini və hormonal balansı tənzimləyir, immuniteti möhkəmləndirir və orqanizmi zərərli maddələrdən və toksinlərdən təmizləyir. Antibakterial təsir göstərir, dərinin regenerasiya və epitelizasiyasını sürətləndirir, qaraciyər xəstəliklərində müşahidə olunan dəri əlamətlərinin (“damar ulduzcuqları”, quruma, qabıqlanma) qarşısını alır, saç və dırnaqların möhkəmlənməsini və bərpasını təmin edir. Tərkibində Zn, Mn və Se sayəsində mədəaltı vəzin insulin istehsalını artırır.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur