ARDIC MEYVƏSİ

Öd durğunluğu nəticəsində yaranan hepatopatiyalarda zamanı tətbiq olunur.

MƏHSUL HAQQINDA

İstifadəsinə göstəriş:

Sidikqovucu kimi müxtəlif etiologiyalı ödemlərdə, dezinfeksiyaedici kimi xroniki pielitlərdə, sistitlərdə təyin edilir. Eləcə də qastroenteritlərdə, öd durğunluğu nəticəsində yaranan hepatopatiyalarda zamanı tətbiq olunur.

Əks göstəriş:

Böyrəyin kəskin iltihabi xəstəliklərində tətbiqi əks göstərişdir. Preparatı uzun müddət qəbul etmək məsləhət deyil.

İstifadə qaydası:

5 qr (1 des. q.) xırdalanmış xammalın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə bir xörək qaşığı yeməkdən sonra daxilə qəbul edilir.

ƏLAVƏ MƏLUMAT
İstehsalçı

Herba Flora