BÖYRƏK ÜÇÜN ÇAY

Sidikqovucu təsirinə görə çay hipertoniya xəstəliyində, ödemlərdə və xaya hidropsunda tətbiq olunur.

MƏHSUL HAQQINDA

Tərkibi:
Gülümbahar çiçəyi, boymadərən otu, razyana meyvəsi, çöl qatırquyruğu, gicitkən yarpağı, ziyilli tozağacı yarpağı.

İstifadəsinə göstəriş:
Böyrək və sidik yollarının iltihabının profilaktikasında istifadə olunur. Sidikqovucu təsirinə görə çay hipertoniya xəstəliyində, ödemlərdə və xaya hidropsunda tətbiq olunur.

İstifadə qaydası:
İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml ilıq halda qəbul edilir.