Tərkibi:
Efir yağları (geraniol, oktanol), fenolspirtlər, flavonoidlər (kempferol, hiperozid, kversetin), dəmir, fosfor, maqnezium, manqan, C vitamini, nikotin turşusu.
Farmakoloji təsiri:
Sinir hüceyrələrində oyanma və tormozlanma proseslərini tənzimləyir, nevrozların, vegetativ-damar distoniyasının, fiziki və zehni yorğunluğun müalicəsində istifadə olunur. Orqanizmə stimullaşdırıcı təsir göstərir, stressə qarşı davamlılığı artırır, əzələ gücünü bərpa edir, immuniteti gücləndirir.
Damar tonusunu və elastikliyini artırdığına görə arterial təzyiqi yüksəldir və hipotoniyanın qarşısını alır. Qalxanabənzər vəzin funksiyasını və metabolik prosesləri aktivləşdirir, həmçinin cinsi qabiliyyəti artırır.
İstifadə qaydası:
Bir xörək qaşığı xammalın üzərinə 300 ml (1,5 stəkan) qaynar su tökülür, 4 saat müddətində dəmlənir, 45 dəqiqə otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. 5 gün qəbul olunduqdan sonra 1 həftə fasilə verilir və ehtiyac olduqda müalicə təkrar olunur.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur