FİTOOİL ÇAYTİKANI VƏRƏMUMLA
Bakterisid və ağrıkəsici təsir göstərir.
Tərkibi:
Çaytikanı yağının tərkibində karotin, E, P, C, B qrupu vitaminləri, üzvi turşular, fosfolipidlər, mikroelementlər (Co, Ni, Mg, Cu, Ag, Fe, Si) var.
Propolisin tərkibində terpen turşular, bitki qətranı, aşı maddələr, efir yağları, mum, üzvi turşular, flavonoidlər var.
Təsiri:
Çaytikanı yağı dəri və selikli qişaların regenerasiyasını stimulyasiya edərək yanıqların, trofik xoraların, mədə və 12-barmaq bağırsaq xoralarının sağalmasını sürətləndirir. Bakterisid və ağrıkəsici təsir göstərir. Lipid mübadiləsini tənzimləyir, qanda xolesterinin miqdarını azaldır.
Propolis güclü antibakterial, antivirus və göbələk əleyhinə təsirlərə malikdir. Ağrıkəsici, iltihabəleyhinə və yarasağaldıcı xüsusiyyətlərinə görə ağrı ilə müşayiət olunan mədə-bağırsaq xoralarında tətbiq olunur.
Çəki |
100ml |
---|---|
İstehsalçı |
Herba Flora |
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur