İMMUNNEO
İMMUNİTET ARTIRICI ŞƏRBƏT
Tərkibi (100 ml):
İtburnu (Rosa canina) meyvəsinin duru ekstraktı – 13,8 ml; qara qarağat (Ribes nigrum) yarpağının duru ekstraktı – 12,2 ml; ürəkvari cökə (Tilia cordata) çiçəyinin duru ekstraktı – 7,9 ml; sürünən kəklikotu (Thymus serpyllum) otunun duru ekstraktı – 5,5 ml; məkkəgülü (Hibiscus sabdariffa) çiçəyinin duru ekstraktı – 3,3 ml; qara gəndalaş (Sambucus nigra) çiçəyinin duru ekstraktı – 3,3 ml.
Köməkçi maddələr:
təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
Məhsulun xüsusiyyətləri:
Şərbət endogen interferonun sintezini və leykositlərin faqositar qabiliyyətini sürətləndirərək orqanizmin immunitetini yüksəldir və xəstəliyə qarşı müqavimətini artırır. Bitkilərin tərkibindəki minerallar və polivitaminlər hesabına vitamin çatışmazlığını aradan qaldırır. Bakteriya, virus və göbələklərə qarşı məhvedici təsir göstərir. Xəstəlik zamanı yaranan iltihabın aradan qalxmasına kömək edir.
İstifadəsinə göstəriş (aşağıdakı hallarda yardımçı vasitə kimi istifadə olunur):
İmmundefisit hallar, qripin müalicə və profilaktikası, tənəffüs yollarının iltihabi xəstəlikləri, soyuqdəymə, antibiotiklərlə müalicə, şüa terapiyasından sonrakı dövr, intoksikasiyalar, digər xroniki xəstəliklərin kəskinləşməsinin qarşısını almaq məqsədi ilə.
İstifadə qaydası:
4-12 yaş: 1-2 desert qaşığı gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəl 12 yaşdan yuxarı, böyüklər: 2 xörək qaşığı (30 ml) gündə 2 dəfə yeməkdən 30 dəqiqə əvvəlTərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər. Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər:
Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq. Saxlanılması: 250C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin. Yararlılıq müddəti: 2 il.
Çəki |
100ml |
---|---|
İstehsalçı |
Herba Flora |
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur