MƏHSUL HAQQINDA

İstifadəsinə göstəriş:
Fiziki və zehni yorğunluq, miqren, nevrozlar, nevrasteniya, ürək-damar sisteminin funksional pozğunluqları, revmatizm, şəkərli diabet, funksional cinsi zəiflik, immunitetin zəifləməsi zamanı tətbiq edilir.

Jenşen kökü 2 formada hazırlanır:

1 forma: 40 qr (1 qutu) kökün üzərinə 200 ml (1 stəkan) qaynadılmış şirin su tökülür. 3-4 saatdan sonra su süzülür, köklər xırda doğranır, üzərinə 500 ml 40%-li spirt tökülür və qaranlıq yerdə 3 həftə saxlanılır.
Gündə 1 dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl daxilə qəbul edilir.

2 forma: 20 qr kökü xırdaladıqdan sonra üzərinə 200 ml (1 stəkan) qaynadılmış su tökülür və 100 ml su qalana qədər qaynadılır.
Gündə 1 dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl qəbul edilir. Qəbul müddəti 60 gündür.

ƏLAVƏ MƏLUMAT
İstehsalçı

Herba Flora

ŞƏRHLƏR (0)

ŞƏRHLƏR

Hələ heç bir rəy yoxdur

JENŞEN KÖKÜ" haqqında ilk rəy yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir