TƏRKİBİ:
betain, mürəkkəb efirlərin etoksilatları, etanolamidlər, polisorbatlar, monoqliseridlər, mürəkkəb efirlərin poliolları, A, E, B1, B2, B3, K, C vitaminləri, dəmir, kalsium, fosfor və s. makro və mikroelementlər.
YAĞ-TURŞU TƏRKİBİ: doymuş yağ turşuları (laurin (44-52%), miristin (13-19%), palmitin (8-11%), kapril turşusu (5-9%), stearin, araxidon), doymamış yağ turşuları (olein turşusu (5-8%), palmitolein, linolein).
MƏHSULUN XÜSUSİYYƏTLƏRİ:
Kokos yağı dərini nəmləndirmək və epidermisin bərpasını sürətləndirmək üçün ən effektiv vasitədir. Dəridə kollagen və elastinin əmələ gəlməsini sürətləndirir, dərini möhkəmləndirir və elastikliyini artırır, oksigen və qidalı maddələrlə zənginləşdirir. Antibakterial, iltihab əleyhinə və bərpaedici təsirləri sayəsində quru və iltihablı dərilərdə qızartı və qabıqlanmanı azaldır, dərini yumşaldır. Yanıqlardan sonra dəri çapıqlaşmasını azaldır. Hamiləlik və çəki dəyişməsi səbəbindən dəri çatlarının (striyaların) yaranmasının qarşısını alır. Saç uclarına çəkildikdə isə onları yumşaldır, strukturunu bərpa edir, saçqıranın əmələ gəlməsinin qarşısını alır.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur