KOLİKS10 (ŞƏRBƏT)

Şərbət efir yağları ilə zəngin olduğundan ağrını, bağırsaq spazmını, tutmaşəkilli kolikləri, sancıları azaldır.

MƏHSUL HAQQINDA

Tərkibi (100 ml):
Adi razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 16,1 ml.

Köməkçi maddələr:
Distillə suyu (distilled water), saxaroza (sucrose), limon turşusu (E330) (citric acid), pektin (E440) (pectin), natrium benzoat (E211) (sodium benzoate), qliserin (E422) (glycerin).

Məhsulun xüsusiyyətləri:
Şərbət efir yağları ilə zəngin olduğundan ağrını, bağırsaq spazmını, tutmaşəkilli kolikləri, sancıları azaldır. Zərərli mikroorqanizmlərə qarşı təsir göstərir və iltihabın azalmasına yardımçı olur. Həzm vəzilərinin sekresiyasını artıraraq həzmi normallaşdırır, bağırsaqlarda qazların əmələ gəlməsini azaldır və meteorizmin qarşısınının alınmasına kömək edir.

İstifadə qaydası:
1 yaşa qədər: 0,5-1 çay qaşığı gündə 2-3 dəfə
1-5 yaş: 1-2 çay qaşığı gündə 2-3 dəfə
5-12 yaş: 1-2 desert qaşığı gündə 3 dəfə
12 yaşdan yuxarı, böyüklər: 1-2 xörək qaşığı gündə 3 dəfə
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

ƏLAVƏ MƏLUMAT
Çəki

100ml

İstehsalçı

Herba Flora

ŞƏRHLƏR (0)

ŞƏRHLƏR

Hələ heç bir rəy yoxdur

KOLİKS10 (ŞƏRBƏT)" haqqında ilk rəy yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir