Şərbət bağırsaqlarda qazların əmələ gəlməsinin qarşısını alır. Həmçinin bağırsaqlarda yığılan qazların xaric olmasını sürətləndirir, mədə şirəsinin və ödün ifrazını yaxşılaşdırmaqla qida maddələrinin həzmini normallaşdırır.
Tərkibi (100 ml):
Razyana (Foeniculum vulgare) meyvəsinin distillatı – 9,2 ml; zirə (Carum carvi) meyvəsinin distillatı – 7,36 ml; cirə (Anisum vulgare) meyvəsinin distillatı – 7,36 ml; çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 7,36 ml; qaraqınıq (Origanum vulgare) otunun duru ekstraktı – 7,36 ml; nanə (Mentha piperita) yarpağının distillatı – 7,36 ml.
Köməkçi maddələr:
təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadə qaydası:
Şərbət yeməkdən əvvəl qəbul olunur. Uzun müddət qəbulu zərərsizdir.
18 yaşdan yuxarı 1 xörək qaşığı gündə 3 dəfə
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks göstərişlər:
18 yaşa qədər şəxslərə, şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıqda.
Saxlanılması:
250 C-dən yuxarı olmayan temperaturda və uşaqların əlinin çatmayacağı yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 2 ildir.
Buraxılış forması:
Tünd rəngli şüşə flakon, 100 ml.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur