PROPOMİX PEDİATRİK SPREYİ
Propolisin suda məhlulu ağız boşluğu və boğaza yerli istifadə zamanı ağrıkəsici, anestetik, qızdırmasalıcı təsir göstərir
Tərkibi:
hər 100 ml-də: Propolisin suda məhlulu, adaçayı yarpağının quru ekstraktı, kəklikotu otunun quru ekstraktı, exinaseya otunun quru ekstraktı, evkalipt yarpağının quru ekstraktı.
Farmakoloji təsiri:
Propolisin suda məhlulu ağız boşluğu və boğaza yerli istifadə zamanı ağrıkəsici, anestetik, qızdırmasalıcı təsir göstərir, ağız boşluğu və boğazda olan bakteriya, virus və göbələklərin yayılmasının qarşısını alır. Selikli qişaların yerli müqavimətini möhkəmləndirir. Propolis iltihab əlamətlərini aradan qaldırır, regenerasiya prosesini sürətləndirir, xora və gec sağalan yaraların sağalmasını sürətləndirir.
Tərkibində olan adaçayı, kəklikotu, exinaseya və evkalipt ekstraktları ümumilikdə antibakterial, antifunqal, antiprotozoy təsir göstərir, leykositlərin faqositar aktivliyini artırmaqla mikrobların çoxalmasının qarşısını alır, selikli qişaların baryer funksiyasını gücləndirərək mikroorqanizmlərin selikli qişalara daxil olmasını ləngidir.
Çəki |
30ml |
---|---|
İstehsalçı |
Herba Flora |
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur