QASTROSON
Qida borusunun, mədə və bağırsaqların, ağız və burun boşluğunun, uşaqlıq yolunun selikli qişasına bürüyücü təsir göstərir
Tərkibi:
Çaytikanı yağı, zəyərək yağı və propolis.
Çaytikanı yağının tərkibində karotin, E, P, C, B qrupu vitaminləri, üzvi turşular, fosfolipidlər, mikroelementlər (Co, Ni, Mg, Cu, Ag, Fe, Si) var.
Zəyərək toxumunun yağının tərkibində antioksidantlar, selikli birləşmələr, doymamış yağ turşuları (Omeqa-3, Omeqa-6), linamarin qlikozidi var.
Propolisin tərkibində terpen turşular, bitki qətranı, aşı maddələr, efir yağları, mum, üzvi turşular, flavonoidlər var.
Təsiri:
Çaytikanı yağı dəri və selikli qişaların regenerasiyasını stimulyasiya edərək yanıqların, trofik xoraların, mədə və onikibəbarmaq bağırsaq xoralarının sağalmasını sürətləndirir. Bakterisid və ağrıkəsici təsir göstərir. Lipid mübadiləsini tənzimləyir, qanda xolesterinin miqdarını azaldır.
Zəyərək toxumunun yağı qida borusunun, mədə və bağırsaqların, ağız və burun boşluğunun, uşaqlıq yolunun selikli qişasına bürüyücü təsir göstərir, eroziya və xora nahiyəsində sinir ucluqlarının qıcıqlanmasını azaldır, bürüyücü qatın altında regenerasiya sürətlənir.
Propolis güclü antibakterial, antivirus və göbələkəleyhinə təsirlərə malikdir. Ağrıkəsici, iltihabəleyhinə və yarasağaldıcı xüsusiyyətlərinə görə ağrı ilə müşayiət olunan mədə-bağırsaq xoralarında tətbiq olunur.
Çəki |
250ml |
---|---|
İstehsalçı |
Herba Flora |
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur