Tərkibi (100 ml):
Adi dağtərxunu (Tanacetum vulgare) çiçəyinin duru ekstraktı – 18,6 ml; adi boymadərən (Achillea millefolium) otunun duru ekstraktı – 9,3 ml; aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 5,81 ml; çətirli isitməotu (qızılçətir) (Centaurium umbellatum) otunun duru ekstraktı – 5,81 ml; şişyarpaq səna (Cassia senna) yarpağının duru ekstraktı – 5,81 ml.
Köməkçi maddələr:
təmizlənmiş distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
Məhsulun xüsusiyyətləri:
Təbii komponentlər əsasında hazırlanan şərbət bütün növ bağırsaq helmintlərinə (enterobioz, askaridoz, trixosefalyoz, tenioz) öldürücü təsir göstərir, həmçinin ibtidailər (lyamblioz) zamanı effektlidir. Helmintlərin orqanizmdən xaric olunmasını sürətləndirir, bağırsaqlarda patogen mikrofloranın inkişafını zəiflədir. Helmintoz səbəbindən orqanizmin pozulmuş funksiyalarını (həzmi, iştahanı) bərpa edir, zəifləmiş immuniteti möhkəmləndirir.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur