RİZİN (DƏNİZ DUZU TƏRKİBLİ SPREY)

Ağrıkəsici, iltihab əleyhinə, yerli keyləşdirici, spazmolitik, ödem əleyhinə, yerli immunostimulyator təsir edir

MƏHSUL HAQQINDA

Tərkibi:

Su

Dəniz duzu

Evkalipt yağı

Pixta (ağ şam) yağı

Lavanda yağı

Dəniz duzu:
dəniz duzu ayrıca bir duz növü olub, xüsusi müəssisələrdə 100% təbii üsullarla dəniz suyundan alınır. İstehsal prosesində dəniz duzunun təbiiliyi tam qorunur. Dəniz duzunun tərkibində Na+ birlikdə 84 adda mineral maddə vardır. Dəniz duzu bakteriya və virusları məhv edir, burunun selikli qişasının baryer funksiyasını gücləndirir, soyuqdəymə, qızdırma və allergiya əleyhinə təsir edir. Yuxarı tənəffüs yollarının selikli qişasında toplanan selik və toz dənəciklərini təmizləyir, zökəm zamanı yaranan iltihabı və ödemi azaldır.

Evkalipt yağı:
antiseptik, antibakterial, virus əleyhinə, ağrıkəsici, spazmolitik xüsusiyyətlərə malikdir. Evkaliptin efir yağları stafilokokları və Candida cinsindən olan göbələkləri məhv edir, selikli qişaların regenerasiyasını sürətləndirir.

Pixta yağı:
antiseptik, iltihab əleyhinə, ödem əleyhinə, ağrıkəsici effektə malikdir, patogen mikroorqanizmlərin selikli qişalara daxil olmasının qarşısını alır.

Lavanda yağı:
ağrıkəsici, dezinfeksiyaedici, iltihab əleyhinə, yerli keyləşdirici, spazmolitik, ödem əleyhinə, immunostimulyator, regenerasiyaedici effektləri var. Burunun selikli qişasında mikrosirkulyasiyanı yaxşılaşdırır, damarların tonusunu tənzimləyir, ödemi aradan qaldırır və burunla rahat nəfəsalmanı təmin edir. Burun əməliyyatlarından sonra müsbət effekt verir.

Farmakoloji təsiri:
ağrıkəsici, iltihab əleyhinə, yerli keyləşdirici, spazmolitik, ödem əleyhinə, yerli immunostimulyator təsir edir, burun boşluğunun selikli qişasında qədəhəbənzər hüceyrələrdən seliyin ifraz olunmasını asanlaşdırır və seliyin durulaşmasını təmin edir. Səyirici epitelin hərəkətliliyini artıraraq seliyin qovulmasını sürətləndirir. İzotonik məhlul olduğu üçün ödemi azaldır və burunun selikli qişasının şişkinliyini aradan qaldıraraq, burun tənəffüsünü asanlaşdırır. Yuxarı tənəffüs yollarının selikli qişasından allergenlərin, eləcə də virusların və bakteriyaların yuyulub xaric olmasını asanlaşdırır, həmçinin antibakterial, antivirus, antifunqal təsir edir. Burunun selikli qişasının baryer funksiyasını gücləndirir, yaraların sağalmasını sürətləndirir.

ƏLAVƏ MƏLUMAT
Çəki

30ml

İstehsalçı

Herba Flora

ŞƏRHLƏR (0)

ŞƏRHLƏR

Hələ heç bir rəy yoxdur

RİZİN (DƏNİZ DUZU TƏRKİBLİ SPREY)" haqqında ilk rəy yazan siz olun

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir