SEREBRATEA ÇAYI
BEYİN QAN DÖVRANINI YAXŞILAŞDIRAN ÇAY
Tərkibi:
Ginkqo biloba yarpağı, mayasarmaşığı qozası, yemişan çiçəyi, çöl qatırquyruğu otu, yapon soforasının qönçələri.
Kimyəvi tərkibi:
Ginkqo biloba yarpağının tərkibində diterpen laktonlar (ginkqolidlər A, B, C), flavonoid və bioflavonoidlər var. Mayasarmaşığı qozasının tərkibində xumulin alkaloidi, efir yağları, flavonoidlər, valerian turşusu və s. vardır. Yemişan çiçəyinin tərkibində efir yağları, trimetilamin, kversetin, viteksin, hiperozid və s. mövcuddur. Çöl qatırquyruğu otunun tərkibində C vitamini, karotin, flavonoidlər, sitosterol və s. vardır. Yapon soforasının qönçəsində rutin və digər flavonoid qlikozidləri vardır.
Farmakoloji təsiri:
Beyin damarlarının tromblarını əridir, angioprotektiv təsir göstərir, mikrosirkulyasiyanı yaxşılaşdırır, toxumaların oksigenizasiyasını artırır. Həmçinin hüceyrə membranının qurulmasında, sərbəst radikalların orqanizmdən çıxarılmasında və natrium, kalium, ATF-aza fermentlərinin aktivləşməsində iştirak edir. Beyin toxumasının qanla təchizatını artırır, oksigenin istifadəsini və toxuma tənəffüsünü normallaşdırır.
Çəki |
əd |
---|---|
İstehsalçı |
Herba Flora |
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur