Tərkibi:
Cökə çiçəyi, zəyərək toxumu, biyan kökü, istiotlu nanə yarpağı, razyana meyvəsi, kəcəvər kökü.
Kimyəvi tərkibi:
Cökə çiçəyinin tərkibində saponinlər, flavonoidlər, efir yağları, karotin və C vitamini vardır. Zəyərək toxumunun tərkibundə 30-48% yağ turşuları, 1,5% linamarin qlikozidi, selik, zülali maddələr, vitamin C və s. vardır. Biyan kökünün tərkibində qlisirrizin, efir yağları, C vitamini və s. vardır. İstiotlu nanə yarpağının tərkibində efir yağları, üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. vardır. Razyana meyvəsinin tərkibində 6,5%-ə qədər efir yağları, 18%-ə qədər yağ turşuları və s. vardır. Kəcəvər kökünün tərkibində 25-40%-ə qədər nişasta, akorin qlikozidi, selik, aşı maddələri və s. maddələr vardır.
Farmakoloji təsiri:
Mədənin selikli qişasına bürüyücü, antasid, xora əleyhinə, antiseptik, spazmolitik və iltihab əleyhinə təsir göstərir. Mikrosirkulyasiya və regenerasiyanı sürətləndirir, iştahanı və həzmi yaxşılaşdırır, köpü və qəbizliyi aradan qaldırır.
İstifadə qaydası:
İki filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur