MƏHSUL HAQQINDA

Tərkibi:

Eleuterokok kökü və kökümsovu, ayıqulağı yarpağı, bostan şüyüdü meyvəsi, gülümbahar çiçəyi, istiotlu nanə yarpağı.

Kimyəvi tərkibi:

Eleuterokok kökü və kökümsovunun tərkibində efir yağları, mikroelementlər, pektin maddələri və s. vardır. Ayıqulağı yarpağının tərkibində flavonoidlər, üzvi turşular, aşı maddələri, arbutin və metilarbutin qlikozidləri vardır. Bostan şüyüdü meyvəsinin tərkibində 5%-ə qədər efir yağları, 20%-ə qədər piyli yağlar, karotin və s. vardır. Gülümbahar çiçəyinin tərkibində karotinoidlər, qlikozidlər, acı maddələr, üzvi turşular və C vitamini vardır. İstiotlu nanə yarpağının tərkibində mentol, izovalerian və sirkə turşusunun efirləri, eyni zamanda üzvi turşular, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. vardır.

Farmakoloji təsiri:

İltihab əleyhinə, spazmolitik, antibakterial, sidikqovucu və orqanizmə ümumi tonuslandırıcı təsir edir, regenerasiya prosesini sürətləndirir.

ƏLAVƏ MƏLUMAT
Çəki

əd

İstehsalçı

Herba Flora