Bir kapsulun tərkibi:
Adi ərküdə (Vitex agnus castus) meyvəsinin quru ekstraktı – 90 mq.
Köməkçi maddə: Qarğıdalı nişastası (Amylum maidis) – 310 mq; kapsul örtüyü (jelatin/gelatin, qliserin/glycerine, su/water).
Məhsulun xüsusiyyətləri:
Vitex10 prolaktin səviyyəsini aşağı salır, süd vəzilərində gedən fibrokistik proseslərin geriyə inkişafına və tsiklik ağrı sindromunun azalmasına səbəb olur. Qonadotrop hormonlarının səviyyəsinin tənzimlənməsinə və sarı cismin funksional çatışmazlığı ilə əlaqədar menstrual tsikl pozulmalarına müsbət təsir göstərir. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, tsiklik mastodiniya, ödemlər) azaldır. Menopauza ilə əlaqəli hormonal disbalansın da tənzimlənməsinə yardım edir.
İstifadə qaydası:
18 yaşdan yuxarı qadınlar: gündə 3 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Ən azı 2 həftəyə yaxşılaşma müşahidə edilir. Qəbul müddəti minimum 3 aydır. Preparat uzun müddət istifadə edilə bilər.
Qeyd:
Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur