Bir kapsulun tərkibi:
Adi Lobya (Phaseolus vulgaris) qınının quru ekstraktı – 39 mq; Avropa Zeytunu (Olea europea) yarpağının quru ekstraktı – 50 mq; Adi Qaragilə (Vaccinum myrtillus) yarpağının quru ekstraktı – 10 mq; Berberi itüzümü (Lycium barbarum) (Goji berry) meyvəsinin quru ekstraktı – 6 mq; Uzun Sarıkök (Curcuma longa) kökümsovunun quru ekstraktı – 50 mq; Ud hindi (Aquilaria agallocha) oduncağının tozu – 100 mq.
Köməkçi maddələr: qarğıdalı nişastası (Amylum maidis) – 145 mq, kapsul (jelatin/gelatin, qliserin/glycerine, su/water).
Məhsulun xüsusiyyətləri:
Mədəaltı vəzdən insulin sintezini və sekresiyasını artırır, qanın qlikemik indeksini aşağı salır, qanda qlükoza səviyyəsini tənzimləyir, hüceyrələrin insulinə rezistentliyini azaldır, qlükozanın toxumalar tərəfindən mənimsənilməsini yaxşılaşdırır. Metabolizmi sürətləndirir, xüsusən yağların mübadiləsinə müsbət təsir edir, qanda xolesterolun səviyyəsini azaldır. Makro- və mikroelementlərlə zəngin olduğundan qan damarlarının elastikliyini artırır, damar sklerozunun və angiopatiyaların qarşısını almaqda yardım edir. Damarlarda spazmı aradan qaldırır, beynin, ürəyin, mədəaltı vəzin və ətrafların qan dövranını yaxşılaşdırır.
İstifadə qaydası:
18 yaşdan yuxarı: gündə 2 dəfə, hər dəfə 1 kapsul yeməkdən əvvəl daxilə qəbul edilir. Ən azı 2 həftəyə yaxşılaşma müşahidə edilir. Qəbul müddəti minimum 2 aydır. Preparat uzun müddət istifadə edilə bilər.
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur