NAT-SEDATİV KAPSUL
Sinir sistemi pozulmalarına müsbət təsir göstərir
Bir kapsulun tərkibi:
Adi damotu (Leonurus cardiaca) otunun quru ekstraktı – 31 mq, istiotlu nanə (Mentha piperita) yarpağının quru ekstraktı – 31 mq, beşdişcikli yemişan (Crataegus pentagyna) meyvəsinin quru ekstraktı – 31 mq, dərman pişikotu (Valeriana officinalis) kök və kökümsovunun quru ekstraktı – 60 mq, dərman bədrəncinin (Melissa officinalis) otunun poroşoku – 100 mq, istiotlu nanə (Mentha piperita) yarpağının poroşoku – 100 mq.
Köməkçi maddə:
Qarğıdalı nişastası (amylum maidis) – 47 mq, kapsul (jelatin, qliserin, su)
Məhsulun xüsusiyyətləri:
Sinir sistemi pozulmalarına müsbət təsir göstərir, ləng yuxu fazasını uzadır, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Darmarlara zəif genişləndirici təsir göstərir, qanın perfuziyasını artıraraq koronar qan dövranını yaxşılaşdırır, ürək vurğularının sayını azaldır, taxiaritmiyaların qarşısını alır.
İstifadə qaydası:
Böyüklər: 1-2 kapsuldan gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul edilir. Qəbul müddəti minimum 1 aydır.
Çəki |
əd |
---|---|
İstehsalçı |
Herba Flora |
ŞƏRHLƏR
Hələ heç bir rəy yoxdur