İMMUN10 KAPSUL

İmmun sistemi aktivləşdirir, bakteriya, virus və göbələklərə qarşı mübarizə aparmağa yardım edir

MƏHSUL HAQQINDA

Bir kapsulun tərkibi:

Qırmızı Exinaseya (Echinacea purpurea) otunun quru ekstraktı – 40 mq; Şirin Biyan (Glycyrrhiza glabra) kök və kökümsovunun quru ekstraktı – 40 mq; İt İtburnu (Rosa canina) meyvəsinin quru ekstraktı – 40 mq; Tikanlı Eleuterokokk (Eleutherococcus senticosus) kökümsovunun quru ekstraktı – 40 mq
Köməkçi maddələr: Qarğıdalı nişastası (Amylum maidis) – 240 mq; kapsul örtüyü (jelatin/gelatin, qliserin/glycerine, su/water).

Məhsulun xüsusiyyətləri:

İmmun sistemi aktivləşdirir, bakteriya, virus və göbələklərə qarşı mübarizə aparmağa yardım edir, iltihabi əlamətləri azaldır. Orqanizmdə endogen interfero­nun sintezini, qanda leykositlərin miqdarını və onların faqositar qabiliyyətini artırır. Sərbəst radikalları neytrallaşdıraraq qan və limfadan xaric edir, nəticədə hüceyrələrin qocalmasının (anti-aging effekt) və şiş hüceyrələrinin inkişafının qarşısını alır. Qızdırmanı və ağrını yüngülləşdirir. İştahanı yaxşılaşdırır, tərkibində yüksək miqdarda C vitamini (limondan 100 dəfə çox) hesabına orqanizmin infeksiyalara və ətraf mühitin zərərli təsirlərinə qarşı müdafiə qabiliyyətini yüksəldir. Tərkibindəki dəmir duzları və B qrupu vitaminləri hesabına qanyaranmanı sürətləndirir, zehni və fiziki fəaliyyəti gücləndirir.

ƏLAVƏ MƏLUMAT
ÇəkiN60
İstehsalçıHerba Flora